!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada aviabiletlər 20 faizdən çox bahalaşa bilər

!Reklam – Yazi

Avropa aviaşirkətləri bilet qiymətlərini 21 faiz bahalaşdırmağı planlaşdırır.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Allianz” sığorta şirkətinin proqnozunda deyilir.

Bahalaşmaya səbəb tətillər, yanacağın bahalaşması və işçi çatışmazlığı olduğu bildirilib.

Şirkət bildirir ki, avropalı aviadaşıyıcıların mövcudluğunu davam etdirə bilməsi üçün iki həll yolu var: uçuşları təxirə salmaq, ya da biletlərin qiymətini artırmaq.

Qeyd olunur ki, Avropa aviaşirkətləri üçüncü il ard-arda 10 milyard dollara yaxın itkilərlə üzləşir. Təkcə 2022-ci il ərzində bu şirkətlər əməkdaşlarının 8 faizini ixtisar edib.

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv