Hollandiyada müsəlmanlara qarşı daha bir hörmətsizliyə yol verilib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Hollandiyanın Utrext şəhərində yerləşən məscidin qarşısında donuz qonaqlığı vermək istəyiblər. “Peqida” adlı radikal sağçılar bunun üçün şəhər bələdiyyəsinə müraciət ediblər. Onlar 4 iyun tarixində şəhərin mərkəzi küçələrindən birində yerləşən məscidin qarşısında donuz əti festivalı keçirməyə cəhd ediblər.
Utrext bələdiyyəsi Ramazan ayında edilmiş bu müraciəti “məsuliyyətsizlik” adlandırıb və cəmiyyətdə sabitliyi pozulmaması üçün festivala icazə verməyib. Bələdiyyə rəsmisi bu məsələ ilə bağlı açıqlama verib:
“Belə bir aksiyanın keçirilməsinə konstitusiyada məhdudiyyət yoxdur. Ancaq ictimai asayişin pozulması ilə nəticələnəcək bir tədbirə icazə vermirik”.
www.yenicag.az