!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropadan Rusiyaya qarşı növbəti SANKSİYALAR PAKETİ: Embarqoların uğursuzluğundakı səbəblər AÇIQLANDI

!Reklam – Yazi

 

“Rusiyaya qarşı qəbul edilən sanksiyalar məqsədlə uyğunsuzluq təşkil edir”.

Bunu Yenicag.az-a açıqlamasında Avropa İttifaqının 14-cü sanksiyalar paketinin Rusiyaya təsirindən danışan politoloq Qulamhüseyn Əlibəyli deyib.

 

Onun sözlərinə görə, bu sanksiyalar lazımlı və zəruridir.

“Krımın ilhaqından sonra artıq 10 ilə yaxındır Kremlə bir sıra sahələrdə embarqolar tətbiq olunub. Ancaq Rusiyaya qarşı atılan sözügedən addımlar məqsədlə uyğunsuzluq təşkil edir. 2-3 ildə çökdürülməsi planlanan Rusiya iqtisadiyyatı hələ də ayaqdadır. Nəticəsiz qalan sanksiyaların uğursuzluğunda bir neçə səbəb var.

İlk olaraq Rusiyanın geniş ərazilərə və zəngin təbii ehtiyatlara sahib olduğunu nəzərə almırlar. Düzdür, sanksiyalar iqtisadiyyata təsir göstərir, ancaq planlanan nəticəni vermir. Əlavə olaraq, Rusiya ziyanı ən aza endirmək üçün yayındırıcı taktikalardan istifadə edir. Son zamanlar şərq ölkələri ilə müttəfiqlik və iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlar buna bariz nümunədir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv