!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın strateji OYUNLARI: “Qərb Rusiya ilə açıq savaşa girmək istəmir”

!Reklam – Yazi

“Hər kəsə bəllidir ki, Rusiya-Ukrayna müharibəsinin mayası Qərb tərəfindən yoğurulub. Təbii ki, Rusiyanın da Ukraynaya qarşı müəyyən yanlış siyasəti oldu ki, hadisələr gəlib bu həddə çatdı”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Elçin Abdullayev deyib.

O, Avropa İttifaqının de-fakto Ukraynanın Rusiyanın daxilinə zərbələr endirməsi ilə bağlı verdiyi icazədən, habelə Qərbin buna reaksiyasından söz açıb.

“Avropa İttifaqının Ukraynanın Rusiyanın daxilinə hücum etməsinə icazə verməsi ilə bağlı qərarına gəldikdə isə hesab edirəm ki, bu, Rusiyanın daxilinə ötürülən bir mesajdan ibarətdir. Çünki avropalılar da çox gözəl anlayırlar ki, Rusiya nüvə dövlətidir və onun daxilində müharibə aparmaq həm də dünyanı fəlakətli nəticələrə gətirib çıxara bilər. Ona görə də Avropa “bir addım qabağa, iki addım geriyə” oyununu oynayır”, – deyə o, əlavə edib.

E.Abdullayevin fikrincə, NATO-nun baş katibi Yens Stoltenberqin də verdiyi cavab da bundan xəbər verir ki, bu gün Qərb Rusiya ilə açıq savaşa girmək istəmir:

“Əgər Rusiya nüvə dövləti olmasaydı, Qərb çoxdan onu məhv etmişdi. Çünki güclər balansına baxarkən, Qərbin Rusiya üzərində kifayət qədər üstünlüyü olduğunu müşahidə etmək olur”.

Politoloq hesab edir ki, Qərb dövlətləri Rusiyaya qarşı birbaşa müharibədə iştirak etməyəcək:

“Lakin onlar addım-addım Rusiyanı çökdürmək üçün Ukrayna vasitəsilə öz istəklərinə nail olmaq istəyirlər. Bu baxımdan, həm hərbi, həm maliyyə, həm kəşfiyyat, həm də siyasi dəstəklərini bu günə qədər Kiyevə verirlər və bundan sonra da verəcəklər.

Verilən bəyanatlar da burada psixoloji rol oynaya bilər, amma açıq savaşın olacağını zənn etmirəm. Onsuz da bu gün Ukraynanın Rusiya ilə apardığı müharibə pərdəarxasına NATO-nun apardığı müharibədir. Çünki Ukrayna ordusu NATO silahları ilə təchiz olunur, ukraynalı əsgərləri NATO generalları təlimatlandırır və onlara təlimlər keçir”.

Onun qənaətinə görə, hər ötən gün Ukrayna müharibəsi Rusiyanın əleyhinə işləyir:

“Bu həm Rusiya daxilində insanların Putin hakimiyyətinə qarşı baş qaldırmasına gətirib çıxara bilər, həm də hər keçən gün Rusiyanın iqtisadi və hərbi cəhətdən zəifləməkdə davam edir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

74
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv