Avstraliyanın Melburn şəhərində polislərə hücum edən şəxs aldığı yaradan xəstəxanada ölüb.
Hadisə terror hücumu kimi qiymətləndirilib.
***
12:46
Avstraliyanın Melburn şəhərində ticarət mərkəzinin binasına çırpılan avtomobil alışıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobilin sürücüsü ətrafdakı insanlara və polislərə bıçaqla hücum edib.
Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisəni törədən şəxs isə silahla vurulub və onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az