Avtobusda 10 sərnişin bıçaqlandı

media-hightechnic-468x90

3940266fgrftghİsrailin Təl-Əviv şəhərində naməlum şəxs sərnişin avtobusunda 10 nəfəri bıçaqlayıb.

Bu haqda məlumatı TASS agentliyi yayıb.

Məlumata görə, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.

İsrail polisinin rəsmi nümayəndəsi Mikki Rozenfeld bu hadisəni “terakt” adlandırıb.
Yaralılar təcili olaraq Haim Şiba adına tibb mərkəzinə və Suraski adına xəstəxanaya aparılıb.

Hadisədən sonra qatil qaçmağı bacarıb. Hazırda onun tutulması üçün polis fəaliyyətə başlayıb.

Qeyd edək ki, anoloji hadisə ötən ilin noyabrında da baş verib. Həmin vaxt bir fələstinli bıçaqla dəmiryolu vağzalında İsrail əsgərini öldürüb.

Alınan son məlumata görə, sərnişinləri bıçaqlayan şəxs polislər tərəfindən güllələnib, ancaq bu informasiyanın doğruluğu hələ öz təsdiqini tapmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600