Avtobusda dava: Sürücü dispetçerə xəsarət yetirdi

media-hightechnic-468x90

Şirvan şəhərində sürücü dispetçeri döyüb.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri, Salyan yolu adlanan ərazidə baş verib.

9 saylı marşrut avtobusunun sürücüsü Bəxtiyar dayanacağa daxil olaraq, oradan tez çıxmaq istəyib. Amma dayanacaqda həmin xəttə nəzarət edən dispetçer Azər buna narazılıq edib və digər avtobusun intervalına problem yaradacağını deyib. Sürücü buna görə dispetçer ilə mübahisə edib.

Mübahisə zamanı Azər Bəxtiyarı söyüb və bununla da dava başlayıb. Nəticədə Bəxtiyar Azəri vurub və ona vintaçanla xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb.

Məhkəmə Bəxtiyara 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600