Avtobusu qapısı açıq formada sürən sürücü cəzalandırıldı

media-hightechnic-468x90

Bakıda 208 saylı marşrut avtobusunu qapısı açıq formada idarə edən sürücü barəsində qanuna müvafiq tədbir görülüb.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin inspektoru, polis kapitanı Pərvanə Muradova məlumat verib.

“Sosial şəbəkədə yayılan videogörüntü ilə əlaqədar tərəfimizdən araşdırılma aparılıb və sürücü müəyyənləşdirilərək barəsində qanuna müvafiq tədbir görülüb”, – deyə P.Muradova qeyd edib.

Xatırladaq ki, ötən gün 208 saylı xətt üzrə marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini qapısıaçıq şəkildə idarə etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600