Avtobusun təhlükəli manevri-Video

media-hightechnic-468x90

avtobus_210115xvBakıda sərnişin avtobusu əks istiqamətli hərəkət zolağına çıxmaqla qəza şəraiti yaradıb.

88 saylı xətt avtobusu ötmə əməliyyatını yerinə yetirərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Avtobus əks istiqamətli hərəkət zolağına çıxaraq sürətlə hərəkət edir və qəza şəraiti yaradır. Özünün, sərnişinlərin, eləcə də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atan sürücü avtobusu onunla qarşı-qarşı gələn minik avtomobili ilə toqquşmadan son anda yayındıra bilir və heç nə olmamış kimi hərəkətinə davam edir.

Qeyd edək ki, hadisə Bakının Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində, Bakı Tennis Akademiyasının və 248 nömrəli orta məktəbin qarşısında baş verib.

Xatırladaq ki, ötən il Bakıda avtobusların iştirakı ilə 48 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600