Venesuelada zəlzələdə ölənlərin sayı artdı
Venesuelada baş vermiş zəlzələdə ölənlərin sayı 5119 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Venesuela parlamentinin sədri Jorge Rodriguez məlumat verib.
Xəsarət alanların sayı isə 16 740 nəfərdir.
İkiqat zəlzələdən sonra indiyə qədər bölgədə 1350-dən çox afterşokun baş verdiyini bildirən Rodrigez, zədələnmiş binaların risk yaratmağa davam etdiyini və vətəndaşların diqqətli olmalı olduqlarını vurğulayıb.
Qeyd edək ki, iyunun 24-də ölkənin mərkəzi və şimal-qərb hissəsində iki zəlzələ baş verib.













