İran ABŞ ilə razılaşmanı dayandırdı

media-hightechnic-468x90

İran ABŞ ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsindəki öhdəliklərini dayandırdığını açıqlayıb.

media-banner_tuq
  • Yenicag.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

O qeyd edib ki, Vaşinqton razılaşma üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Tehran da öz öhdəliklərini faktiki olaraq dayandırıb.

Qəribabadi ABŞ-nin memorandumun bütün bəndlərini pozduğunu deyib.

“ABŞ Anlaşma Memorandumu çərçivəsində bütün öhdəliklərini pozub və bütün bəndləri dayandırıb. Buna cavab olaraq ölkəmiz də həmin memorandum üzrə öhdəliklərini dayandırıb və bu artıq həyata keçirilmir”, – deyə İran rəsmisi bildirib.

Qəribabadi ABŞ-ni danışıqlar prosesi davam etdiyi vaxt İrana qarşı hücumlara başlamaqda ittiham edib.

Onun sözlərinə görə, Vaşinqtonun bu yanaşması nəticə verməyib və İran buna cavab verib.

“ABŞ bir daha aqressiv mövqeyin nəticə verməyəcəyini başa düşdü və bu münasibətə lazımi cavabı aldı”, – deyə İran xarici işlər nazirinin müavini qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05