Avtomatla adam öldürmək istəyən şəxs SAXLANILDI

media-hightechnic-468x90

Cəlilabad Rayon Polis Şöbəsinə şəhər sakini A.Nuriyevin həmyerlisi olan bir nəfəri öldürmək istəməsi və bu məqsədlə odlu silah əldə etməsi barədə əməliyyat məlumatı daxil olub.

media-banner_tuq

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Aprelin 17-də saat 4 radələrində rayonun Sərhədabad kəndi ərazisində özünü şübhəli aparan bir nəfər polis əməkdaşları tərəfindən saxlanılıb, onun A.Nuriyev olması müəyyən edilib.

Şəxsi axtarış zamanı ondan “AKMS” markalı avtomat, 1 ədəd patron darağı, 20 ədəd patron və 1 ədəd deşici alət aşkar edilərək götürülüb.

A.Nuriyev izahatında A.B-nı (şərti) öldürmək məqsədilə odlu silah əldə etdiyini bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 28,120 və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05