Avtomobil məktəblini vuraraq öldürüb

media-hightechnic-468x90

46591Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Xudat şəhərində qeydə alınıb.

Mirzə Fətəli Axundov küçəsində 1984-cü il təvəllüdlü Saleh Telman oğlu Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 2003-cü il təvəllüdlü Nəbiyev Məhəmməd Emrus oğlunu vurub. Piyada hadisə yerində ölüb.

M.Nəbiyev orta məktəbin 6-cı sinif şagirdi olub. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600