!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobili narkotikin təsiri altında idarə edən sürücü həbs olundu - VİDEO

!Reklam – Yazi

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı yol hərəkəti qaydalarını pozan velosipedçilər müəyyən ediliblər.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlara şəxsi və digər insanların təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmələri tövsiyə olunub. Yol hərəkəti qaydalarını pozan 10 velosipedçi barəsində tədbir görülüb.

Digər tədbir zamanı şəhər sakini Fəxrəddin İbliyev idarə etdiyi “BMW” markalı avtomobillə sürət həddini aşdığına görə ona “saxla” işarəsi verilib. Sürücü buna məhəl qoymayaraq öz hərəkətini davam etdirib və nəqliyyat vasitəsini digər bir avtomobilə vurub. F.İbiyev saxlanılan zaman onun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunub və barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 30 gün inzibati qaydada həbs olunub.

COP29

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv