Avtomobillərin qiyməti kəskin ucuzlaşdı

media-hightechnic-468x90

14054ergthyiAzərbaycanda avtomobillərin qiymətində kəskin ucuzlaşma qeydə alınıb. Manatın devalvasiyasından sonra bir çox sahələrdə olduğu kimi avtomobil bazarında da süni qiymət artımı artımı müşahidə olunurdu. Hətta şirkətlərin milli valyuta ilə avtomobil satışını dayandırması barədə informasiyalar yayılmışdı. Lakin prezident İlham Əliyevin süni qiymət artımı ilə bağlı məlum çıxışından sonra vəziyyət kəskin dəyişib.

Prezidentin sözügedən çıxışından sonra avtomobil satışı bərpa olunub. Bildirilir ki, maşınlar satışa devalvasiya prosesindən əvvəlki – köhnə qiymətləri ilə çıxarılıb.

Dolların manata nisbətdə 34 faiz bahalaşdığını nəzərə alsaq, buradan belə nəticəyə gəlmək olar ki, milli valyuta ilə satılan avtomobillərin qiyməti xeyli ucuzlaşıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600