Axşam saatlarında “qara bazar” dolları qaldırıb

media-hightechnic-468x90

dollarAxşam saatlarında Bakıda bəzi ərazilərdəki “qara bazar”da dolların bir qədər də qalxdığı bildirilir.

Yenicag.az Marja-ya istinadən xəbər verir ki, “qara bazar”da dolların alış qiyməti 1.83 manata, satış qiyməti isə 1.8450 manata qalxıb.

Bundan əvvəl “qara bazar”da dolları 1.82 manata satmaq, 1.83 – 1.8350 manata almaq olurdu.

Dolların bahalaşması “qara bazara” qarşı aparılan mübarizə ilə bağlı ola bilər. Hökumət “qara bazara” dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da bankların işləmədiyi gündə qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600