“Ayda 10 kilo ət alırıq” deyən xanəndə tənqid atəşinə tutuldu: “Səviyyə oxumaqla deyil”

media-hightechnic-468x90

“İki nəfər üçün hər ay 10 kiloqram ət alırıq. Bunu deyəndə heç kim inanmır. Hələ balığı, xüsusi gətirilən kənd toyuqlarını demirəm”.

Yenicag.az xəbər verir ki, Əməkdar artist, xanəndə Sevinc Sarıyevanın “İncə səhər” verilişində işlətdiyi bu ifadələr sosial şəbəkələrdə böyük narazılıq doğurub. Sənətçinin şəxsi büdcəsi və qidalanması ilə bağlı verdiyi açıqlama izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Sosial media istifadəçiləri sənətçini efirdə bu cür mövzulara toxunduğu üçün sərt şəkildə tənqid ediblər. Yazılan şərhlərdə bu ifadələrin etikadan kənar olduğu vurğulanıb:

“Ayıb olsun, bunu efirdə deməyin nə mənası var? Evinə 1 kiloqram ət ala bilməyənlərin olduğu bir yerdə belə danışmaq nə dərəcədə doğrudur?”. “Sənət qalıb kənarda, ətdən danışırlar. Ehtiyacı olanlara yardım edirsinizmi?”. “İnsan nə yediyini, nə içdiyini bu qədər qabartmaz. Səviyyə təkcə oxumaqla deyil…” .“Utandım yerinizə… Efirə ət ala bilməyən insanlar da baxır, bir az həssas olmaq lazımdır”.

Sözügedən görüntülər və sosial şəbəkədəki bəzi şərhləri təqdim edirik:

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa