!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ayı balıq ovundan qayıdan 41 yaşlı kişini parçaladı

!Reklam – Yazi

Rusiyanın Maqadan vilayətində ayı çay sahilində dincələn kişiyə hücum edib.

Yenicag.az xəbər verir ki, Rusiya dövlət mediasının Regional Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin müavini – Dövlət Ov Nəzarəti Departamentinin rəhbəri Yelena Slobodyanyuka istinadən məlumatın görə, hadisə Srednekanski şəhər rayonunun Verxniy Seymçan kəndi yaxınlığında baş verib.

“Bizdə olan məlumata görə, 41 yaşlı sakin balıq ovundan qayıdarkən avtomobili xarab olub və gecə piyada getmək qərarına gəlib”, – deyə o bildirib.

Yırtıcı ilə qarşılaşma nəticəsində kişi aldığı xəsarətlərdən və külli miqdarda qan itkisindən dünyasını dəyişib.

Kişinin cəsədi avqustun 4-də tapılıb, hücum edən ayı güllələnib.

Mütəxəssislər əlavə edib ki, bu, 2024-cü ildə bir insana ölümcül ayı hücumu ilə bağlı ilk hadisədir.

İsmayıl Bakuvi

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv