!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dayanma, durma və parklanma probleminin HƏLLİ : “AYNA-ya təkliflər verilib, nəticə gözlənilir"

!Reklam – Yazi

” Neftçilər prospektində maşın xarab olsa sürücü qaydalara uyğun olaraq maşını kənara çəkərsə qaydaları pozmuş sayılır”

Bu sözləri Yeniçağ.az-a AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) -dakı problemlərdən danışarkən nəqliyyat eksperti Elməddin Muradlı bildirib. O, AYNA-nın hazırki işləmə mexanizmini Avropa ölkələrindən götürdüyünü amma bunun yalnış olduğunu bildirib:

“Şəhərin bir çox yerlərində, xüsusilə də mərkəz küçələrində dayanma/durma, parklanma məsələsinə qarşı yanaşma fərqlidir. Əslində qurum dünya təcrübəsinə örnək götürərək bu işləri tənzimləyir amma bunu o şəhərlərdə edirlər ki, ictimai nəqliyyat saat kimi işləyir, nəqliyyatın çeşidli növləri var; tramvay, troleybus, metro var və avtobuslar öz funksiyasını dəqiq şəkildə yerinə yetirir. Azərbaycanda isə bu üstünlüyü hələki görmək mümkün deyil.

Bizdə ictimai nəqliyyatın cəmi 2 növü var: metro və avtobus. Onlar da problemin içində boğulur. Buna görə də, şəhərin əsas küçələrində dayanma/durma qadağaları müəyyən problem yaradır.

Məsələn, Azərbaycan Dövlət Kukla Teatrına getmək üçün vətəndaş avtomobilini ya Əl Oyunları İdman Sarayının yanındakı parklanma yerində saxlayıb piyada getməlidir ya da orda saxlayıb avtobusla teatra getməlidir. Yağışlı havada yanında azyaşlı övladın varsa o yolu necə getməlidir vətəndaş?

Ekspert bildirir ki, AYNA-ya bu problemlərin həlli üçün müxtəlif təkliflər irəli sürüb:

“Təkliflər vermişəm, hələ ki, gözləyirik. Neftçilər prospekti boyu maşını heç yerdə saxlamağa icazə verilmir. Mən bu barədə quruma dəfələrlə müxtəlif təkliflər vermişəm ki, teatrı keçəndən sonra zolaqların sayı artırılaraq və “Saat Qülləsi”-nin qarşısından Dəniz Vağzalına qədər avtomobil parklanmasına imkan yaratmaq olar. Lakin nədənsə aidiyyəti qurumlar hesab edir ki, bu mümkün deyil. AYNA-ya da bu barədə təkliflər vermişəm, deyiblər ki, dəyərləndirəcəklər”

Bundan əlavə, Neftçilər prospekti tərəfdə həm avtobus zolağı var həm də dayanma/durma qadağandır. O prospektdə hansısa maşın xarab olsa prospekt bir-birinə qarışacaq. Həmin maşının sürücüsü qaydalara uyğun olaraq maşını kənara çəksə qaydaları pozmuş olacaq və cərimə ediləcək. Ona görə də, bu alternativləri bir daha gözdən keçirmək lazımdır və diqqətlə təhlil edib vətəndaşlara rahat şəkildə qaydasına salınmalıdır”

Nurlan Cəfəri

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv