Kərim pulunu HARA YATIRIM EDİR? – Aparıcı AÇIQLADI
“Sənin fikrin o biri müğənnilərə getməsin!”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Qonaqcanlı” verilişində deyib. Aparıcının “Deyirsən, sərmayə qoyuramsa, ən yaxşı biznes ev alıb kirayə verməkdir. Altı evin var?” sualına cavab verən sənətçi, maraqlı məqamlara toxunub.
Müğənni evlərini kirayə vermədiyini kəskin şəkildə bildirib:
“Sənin fikrin o biri müğənnilərə getməsin. Altı evim yoxdur. Heç dörd dənə də evim yoxdur. Heç kirayə də vermirəm. Allah məni o yerə çatdırmasın ki, gedim 150-200 min manata ev alım, onu da 500 manata kirayə verim, oradan pul qazanım. Özümüzə görə də… 23 ildir bu səhnədəyəm”.
Yatırımlarını evə etdiyini deyən Kərim, qocalıq dönəmindən sığortalandığını vurğulayıb:
“Yatırımımı olduqca evə yatırıram. Sabah yaşlılıq dönəmim var, heç bilmirsən sabah başımıza nə iş gələcək. Başqa biznesim var qardaşımla, o da Rusiyadadır”.
Nehru












