Ərdoğanın Ermənistana yardım etməsi xəbəri YALANDIR - Rəsmi

media-hightechnic-468x90

“Bəzi informasiya saytlarında və sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ölən hərbçilərin ailələrinə və ölkədə yardıma ehtiyacı olan təbəqəyə 10 milyon dollar maddi yardım ayrılmasına dair qərar imzalaması barədə yayılan iddialar tamamilə əsassızdır”.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi yayıb.

“İctimaiyyətin ölkəmizi və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara inanmasını, yalnız rəsmi qurumlar tərəfindən edilən açıqlamaları nəzərə almasını xahiş edirik”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən bir neçə yerli saytda “Türkiyə ölmüş erməni hərbçilərin ailələrinə yardım edəcək?” başlığı ilə yazılar dərc olunsa da, məlumatlar daha sonradan silinib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa