Azərbaycanda quş qripinə qarşı növbəti monitorinqlər keçiriləcək

media-hightechnic-468x90

Azərbaycanda fevralın 2-6-da quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərində vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək.

Habelə Azərbaycan üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa