Yeni dünya düzəninə hazırlıq: Azərbaycan Prezidenti qlobal iqtisadiyyatın "qərar mərkəzlərini" fəth edir

media-hightechnic-468x90

 

 

“Azərbaycan Prezidenti həmin mərkəzlərin 17-sinin nümayəndəsi ilə görüş keçirib. Bu isə olduqca əhəmiyyətli göstəricidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

media-img_2918

O, Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində iştirakı və mühüm görüşləri ilə bağlı fikirlərini səsləndirib.

Politoloq bildirib ki, dəyişən dünyada müstəsna təcrübələrin öyrənilməsi və yeni siyasi-iqtisadi konyunkturaya uyğunlaşmaq mühüm əhəmiyyət kəsb edir:

“Dünyanın dəyişmə prosesini anlamaq, bu prosesin içində olmaq və ona hazırlıqlı yanaşmaq üçün müsbət təcrübələrdən faydalanmaq mühüm imkan yaradır. Xüsusilə nəzərə almalıyıq ki, Azərbaycan artıq sadəcə resurs ixrac edən ölkə deyil, qlobal logistik marşrutların və enerji təhlükəsizliyinin əsas modulyatorlarından biridir.

Azərbaycan Prezidentinin istər Avrasiyanın iqtisadi identikliyi konfransındakı çıxışları, istər “Euronews” telekanalına verdiyi müsahibə, istərsə də sonrakı ikitərəfli görüşləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin ikitərəfli görüşlərdə bu gün dünya iqtisadiyyatını formalaşdıran əsas mərkəzlərlə birbaşa təmaslar qurulub. Bu görüşlər rəsmi Bakının qlobal iqtisadi arxitekturada həm də siyasi iradə nümayiş etdirməsinin göstəricisidir.

Ümumilikdə 19 görüş keçirilib ki, bu da kifayət qədər böyük göstəricidir. Söhbət burada dünya iqtisadi “establishment”indən, yəni idarəedici şuralardan və icraçı strukturlardan gedir. Dünyanın maliyyə sisteminə birbaşa təsir göstərən təxminən 19 əsas iqtisadi mərkəz mövcuddur. Azərbaycan Prezidenti həmin mərkəzlərin 17-sinin nümayəndəsi ilə görüş keçirib. Bu isə olduqca əhəmiyyətli göstəricidir. Əslində, bu, Bakının qlobal maliyyə elitası tərəfindən strateji tərəfdaş kimi tam qəbul edilməsinin rəsmi təsdiqidir”, — deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa