!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aysel "Location" klubunun sahibini polisə verdi - FOTO

!Reklam – Yazi

Aysel Şükürova “Location” gecə klubunda baş verən partlayış səbəbindən məkan sahiblərindən şikayət edib.

Yenicag.az xəbər verir ki, bu barədə bloger “Instagram” hesabında paylaş edib.

O, paylaşımda itirdiyi pulların və xəstəxana xərclərinin qarşılanmadığını deyib:

“Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsasda ayaqlarım. Uzun müddətdir ki, müalicə alıram. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi verirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan… Heç kimin pulunu vermirlər. Yalandan mənə dedilər 15 gün möhlət verin, artıq 1 ayı keçib. Lazımi yerlərə şikayət vermişəm”.

Polisə müraciət edən bloger şikayətinə baxılmadığını vurğulayıb.

Qeyd edək ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib. Baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.

 

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv