Aysun ETİRAF ETDİ: “Anamın belə geyinib-gecinməyinə baxmayın, mənə...”
“Belə geyinib-gecinməyinə baxmayın, anam heç də müasir deyil”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova anası Rəqsanə İsmayılova ilə bağlı danışarkən deyib.
O, “Qonaqcanlı” verilişində vaxtilə anasının mühafizəkarlığından “çox çəkdiyini” bildirib:
“Anamın belə geyinib-gecinməyinə baxmayın. Anam heç də müasir deyil. Mən ailə qurmadan öncə ixtiyarım nə idi ki, saat 9-dan sonra çöldə olum və ya tək harasa gedim? Xalam oğlanlarından birini qoşurdular yanıma ki, hara gedirsənsə, onlarla get. 20 yaşım var idi, amma rəfiqələrimlə tətilə gedə bilməzdim. Amma özüm övlad sahibi olandan sonra dedim: dayanın, daha bəsdir”.
Nehru












