Azad Şabanovdan qız valideynlərinə SOSİAL MESAJ/VİDEO - FOTOLAR

media-hightechnic-468x90

Müğənni Azad Şabanov yeni layihəsi ilə bir ilkə imza atıb.

Yenicag.az xəbər verir ki, sənətçi “Qızım” adlı mahnısı ilə cəmiyyətə önəmli mesaj ünvanlayıb. Musiqisi və sözləri İsmayıl Əsədova məxsus olan bu mahnı illər öncə Sofiya adlı kiçik bir qız uşağına həsr olunub.

Qeyd edək ki, ifaçı bu mahnını illər öncə yazdırsa da, onu ilk dəfə may ayında Heydər Əliyev Sarayında baş tutan “Bir Əsər” musiqili etirafında təqdim edib. Hər zaman fərqliliklərə və yeniliklərə imza atan Azad Şabanov konsertdə “Qızım” mahnısını ifa etdikdən sonra cəmiyyətimizdə önəmli yer tutan qadın və uşaq zorakılığı, eləcə də selektiv abortlar mövzusuna toxunaraq, səhnədən tamaşaçılara sosial mesajlar ötürüb. Bu cür ağır sosial mesaj ilk dəfə məhz Azad tərəfindən səhnədən səsləndirilib.

Səhnədə Azad Şabanovla birlikdə “Oyuq” Uşaq Teatrının aktyorları və Əməkdar artist Həcər Ağayeva yer alıb. Onlar həmin əsəri yaradıcı şəkildə səhnələşdiriblər.

Mahnı müğənninin şəxsi “Youtube” kanalında, həmçinin də bütün musiqi platformalarında yerləşdirilib.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa