“Azadlıq” maskası, xaç yürüşü dili: Epşteyn müsəlman olsaydı…

media-hightechnic-468x90

El arasında “Azadlıq” deyirlər…
Sanki müqəddəs bir söz kimi dillərə dolanır.
Sanki toxunulmazdır, sorğulanmazdır.
Amma bu sözün arxasında çox vaxt çürümüş bir vicdan, gizlədilmiş bir iyrənclik dayanır.

Epişteyn qalmaqalı bu maskanı cırıb atdı.
“Azad həyat tərzi” deyilən şeyin içindən azyaşlıların göz yaşı, qorxu, şantaj, alınıb-satılan bədənlər çıxdı.
Pul vardı, güc vardı, əlaqələr vardı.
Və bütün bunların üstünü örtən sehrli bir söz vardı: azadlıq.

Bu tək bir adamın hekayəsi deyil.
Bu, susan mediası, göz yuman siyasəti, öz içindəki çürüməni “şəxsi seçim” adlandıran bir sistemin hekayəsidir.
Güclüsənsə – günahın “istisna” sayılır.
Zəif olsaydın – sənin adından bütün bir kimlik mühakimə olunur.

İndi isə gəlin bir anlıq düşünək.
Əgər Epşteyn müsəlman olsaydı…
Bu gün dünya nəyi müzakirə edərdi?

Bir nəfərin cinayəti dərhal dinə bağlanardı.
“Bu, İslam mədəniyyətidir” deyərdilər.
“Bu, müsəlman zehniyyətidir” deyərdilər.
Azyaşlıya təcavüz – fərdi cinayət yox, “dini təhlükə” kimi təqdim olunardı.
Bir məscid ziyarəti, bir dua şəkli “sübut”a çevrilərdi, necə ki Kəbə örtüyü hədiyyəsi şişirdilir.
Başlıqlar qışqırardı:
“Radikalizm”, “təhlükə”, “sivilizasiyaya təhdid”.

Müsəlman ölkələri hədəfə qoyulardı.
Sanksiya danışılardı, təzyiq danışılardı, “dəyərlər dərsi” verilərdi.
Bəlkə də yenə “azadlıq gətiririk” deyə bombalar yüklənərdi.
Xaç yürüşü sözlə yox, terminlərlə başlayardı.

Amma Epşteyn Qərbin içindən çıxıb, Qərbin doğma yetimçəsidir.
Ona görə din susdurulur.
Mədəniyyət xatırlanmır.
Cəmiyyət ittiham olunmur.
Cinayət qəsdən sistemdən ayrılır, bütün çirk tək bir fiqurun üstünə atılaraq bütöv quruluş günahsız göstərilir.
Budur ikili standartın çılpaq həqiqəti.
Güclüyə fərdi günah, zəifə kollektiv ləkə.
Birinə “azad həyat”, o birinə “mədəniyyət problemi”.

Azadlıq burada artıq dəyər deyil.
Azadlıq  əxlaqdan qoparılmış bir maskadır.
Güclünün üzünü qoruyan, zəifi isə əzən bir örtükdür.

Əgər azadlıq insan ləyaqətini qorumursa,
əgər o, zəifi müdafiə etmir,
əgər o, uşağın göz yaşını “şəxsi seçim” adlandırırsa –
o azadlıq deyil.
O, sadəcə mənəvi çürümənin poetik adıdır.

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05