AZAL-da növbəti sərnişin narazılığı: 46 kiloqramlıq haqqı olduğu halda CƏRİMƏ ÖDƏDİ

media-hightechnic-468x90

2 yaşlı uşaqla uçan sərnişin AZAL-ın baqaj qaydalarının sərt tətbiqi nəticəsində əlavə ödənişə məcbur edildiyini bildirir.

Yenicag.az xəbər verir ki, sosial şəbəkə hesabında şikayətçi AZAL ilə yaşadığı problemlə bağlı narahatlığını qeyd edib.

Şikayətçi bildirir ki, 17 yanvar 2026-cı il tarixində 2 yaş 2 aylıq oğlu ilə birlikdə Bakı–Dubay marşrutu üzrə uçuş zamanı ona və övladına aid ümumilikdə 46 kq qeydiyyatlı baqaj haqqı olduğu halda, bir ədəd baqajın 26 kq olması əsas gətirilərək əlavə ödəniş tələb edilib.

Onun sözlərinə görə, AZAL əməkdaşları hər bir baqaj vahidi üçün maksimal çəkinin 23 kq olduğunu bildirərək, 3 kq artıq çəkiyə görə 70 avro ödəniş alıblar.

Şikayətçi hesab edir ki, azyaşlı uşaqla səyahət zamanı iki ayrı baqajla hərəkət etmək faktiki olaraq mümkün deyil. Məsələ ilə bağlı həm yerində, həm də elektron poçt vasitəsilə müraciət edilsə də, problem həllini tapmayıb.

Şikayətçinin sözlərini olduğu kimi təqdim edirik:

media-whatsapp-image-2026-02-05-at-12-07-24

“Bilet şərtlərinə əsasən, həm mənim, həm də oğlumun hər birimiz üçün 23 kq olmaqla, ümumilikdə 46 kq qeydiyyatlı baqaj haqqımız mövcud idi. Buna baxmayaraq, qeydiyyat zamanı baqajımızın bir ədəd olmaqla 26 kq çəkiyə malik olduğu əsas gətirilərək, 3 kq artıq çəki üçün məndən 70 avro əlavə ödəniş tələb edilmişdir. Bildirilmişdir ki, hər bir baqajın maksimal limiti 23 kq təşkil edir.

Xüsusilə vurğulamaq istəyirəm ki, bir ədəd baqajda 3 kq artıq çəkinin olması nə təyyarədə əlavə yer tutumu yaratmır, nə də ümumi yük baxımından əlavə xərc formalaşdırır. Azyaşlı (2 yaş 2 aylıq) uşaqla səyahət etdiyimi, iki ayrı baqajla hərəkət etməyin, eyni zamanda uşağın təhlükəsizliyini təmin etməyin faktiki olaraq mümkün olmadığını izah etdim.

Qeyd etmək istərdim ki, bu səfərdə hətta uşaq arabası (kolyaska) da yanımızda olmamışdır; buna baxmayaraq belə, iki baqajla hərəkət etmək real deyildir. Məqsəd əzbər yanaşma ilə ‘doğru olduğunu sübut etmək’ deyil, inisiativ alaraq problemi aradan qaldırmaq olmalıdır.

Xahiş edirəm biri mənə 2 yaş 2 aylıq uşaqla eyni anda iki baqaj daşımağın yolunu öyrətsin və ya AZAL ödənişli aldığım xidmətin ‘istifadə’ qaydasını mənə izah etsin. Çox ölkələrə səfərim olub, çox aviaşirkətlərlə uçmuşam, lakin son 2 səfərim qədər pis təcrübə yaşamamışdım”.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05