AZAL-dan soydaşlarımıza bayram işgəncəsi – FOTO-VİDEO
“AZAL” Hava Yolları Ramazan bayramında da vətəndaşlarımıza zülm verib. Bu barədə Yenicag.az-a Moskvadakı həmyerlilərimiz məlumat verib.
Xəbərdə deyilir ki, “AZAL”ın qiymətlərinin bahalığına görə, müştəriləri ondan imtina edir. Bu səbəbdən də, “AZAL” bayram günü iki reysi birləşdirərək, uçmaq qərarına gəlib.
Lakin bu dəfə də öncədən bilet alanlar narazı qalıblar. Belə ki, “AZAL”ın heç bir xəbərdarlıq etmədən vaxtı dəyişməsi və iki reysi birə endirməsi müştərilərin bayram sevincini gözündə qoyub. Vətənə tələsən sərnişinlər saatlarca aeroportda gözləməli olublar.
“AZAL” ilə bağlı video-foto görüntülər aşağıdakılardır.
https://www.youtube.com/watch?v=DRFbNLmiR0E&feature=youtu.be