“AZAL”-ın bu təyyarəsi ilk uçuşunu Moskvaya etdi

media-hightechnic-468x90

89361“Azərbaycan Hava Yolları” QSC (AZAL) yeni “Boeing 787 Dreamliner” təyyarəsinin Rusiyaya ilk uçuşunu həyata keçirib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki,xəbər verir ki, bu barədə Trend Rusiya Aviasiya Sığortaçıları Birliyinə istinadən məlumat verir.

Məlumata görə, MDB-də ilk “Boeing 787 Dreamliner” təyyarəsi Bakı-Moskva marşrutu üzrə ilk uçuşunu həyata keçirib və “Domodedovo” aeroportuna enib: “AZAL “Domodedovo” aeroportundan Bakı-Moskva-Bakı marşrutu üzrə 2015-ci il mayın 1-dən 4 gündəlik reys və 2 reys açacaq. Reyslər cümə axşamından bazar günlərinədək həyata keçiriləcək”.

Qeyd edək ki, AZAL 2003-cü ildən “Domodedovo” aeroportunun tərəfdaşıdır. Bu müddət ərzində aviaşirkət təqribən 2,3 milyon sərnişin daşıyıb. Aeroportun xidmətlərindən hər gün AZAL-ın orta hesabla 527 müştərisi istifadə edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600