SEPAH Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi
İran Silahlı Qüvvələrinin bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Hüseyn Möhibi bildirib ki, Hörmüz boğazının cənub marşrutlarından istifadə təhlükəlidir, çünki həmin ərazinin sularında minalar yerləşdirilib.
“Hörmüz boğazının cənubundakı marşrut minalanıb. Bu istiqamətdə hərəkət etmək sərmayələrinizin məhv olmasına aparan yoldur. ABŞ-ın sizi aldatmasına imkan verməyin”.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyan əsas dəniz keçidlərindən biridir. Bu ərazidə təhlükəsizliklə bağlı istənilən gərginlik qlobal neft və qaz bazarlarına təsir göstərə bilər.













