Azal uçuş saylarını artırır
AZAL-dan verilən məlumata görə, Bakı-Həştərxan-Bakı istiqamətində “Embraer-190” tipli hava gəmiləri ilə reallaşan uçuşlar hər həftənin şənbə və bazar günləri Bakıdan yerli vaxtla saat 19:00-da həyata keçiriləcək.
Təyyarələr Həştərxana yerli vaxtla saat 19:20-də enəcək. AZAL geri istiqamətdə uçuşları da həftənin səhəri gün saat 03:15-də həyata keçiriləcəyini açıqlayıb. Həştərxandan gələn təyyarələr Bakıya yerli vaxtla saat 05:35-də enəcək.
Qeyd edək ki, hazırda Bakıdan uçuş bazar günləri, geriyə – bazar ertəsi günləri yerinə yetirilir, bir istiqamətdə aviabiletin qiyməti 215 manat, hər iki istiqamətdə isə 296 manatdır. (azvision.az)