Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azay Quliyev Abay Kunanbayev küçəsindəki seçicilərlə görüşüb - FOTOLAR

“İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədi Azay Quliyev bu gün Abay Kunanbayev küçəsi 64/11 saylı binanın qarşısında yerləşən mədəni kütləvi tədbirlər evində seçicilərlə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə “seçicinin şəxsi elektron kabineti” xidmətindən istifadə qaydasına dair videoçarx nümayiş olunub.

Daha sonra Azay Quliyev çıxış edərək bildirib ki, o deputat kimi seçiciləri üçün hər zaman əlçatan olub. Seçiciləri ilə fərdi və kollektiv formada müntəzəm şəkildə görüşərək onların müraciətlərinin həllinə çalışıb. Deputat-seçici kommunikasiyasını daha da asanlaşdırmaq və müasir tələblərə uyğun səviyyəyə çatdırmaq üçün bütün gücünü səfərbər edib: “İlk dəfə Azərbaycanda tətbiq olunan yeni e-kabinet xidməti məhz bu məqsədlə yaradılıb. Bu xidmətdən yalnız 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri, siz istifadə edə biləcəksiniz.
E-kabinet seçicilərin deputatla əlaqələrində operativliyi ən yüksək səviyyədə təmin edəcək. Siz seçicilər əlavə zaman, enerji və digər resurslar sərf etmədən problemləriniz haqqında mənə onlayn müraciət edə biləcəksiniz. Sizin həm də bu xidmət vasitəsilə deputat kimi seçicilərin problemlərinin həlli ilə bağlı atdığım addımları və qəbul etdiyim qərarları sistemli şəkildə müşahidə etmək imkanınız olacaq”.

Bundan sonra görüş iştirakçılarının sualları cavablandırılıb və onları narahat edən məsələlərin həlli ilə bağlı atılacaq addımlar müzakirə edilib.

Çıxış edən seçicilər Azay Quliyevə inamlarından danışaraq 9 fevralda ona səs verəcəklərini deyiblər.

www.yenicag.az

329
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM