Azay Quliyev Danimarkaya yollanır

azay_guliyev_160814Danimarkada ATƏT Parlament Assambleyasının büro iclası keçiriləcək. İclasda büro katibliyinin fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq, bəzi qətnamə layihələri və digər sənədlərə dair müzakirələr aparılacaq.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, deputat Azay Quliyev iclasda iştirak etmək üçün aprelin 25-dən 28-dək Danimarkada səfərdə olacaq.

Səfər çərçivəsində deputat təşkilatın “Helsinki+40” mövzusunda keçiriləcək seminarında da iştirak edəcək.