Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib -FOTOLAR

media-hightechnic-468x90
azay_quliyev_qorush_281215_02Bu gün millət vəkili Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

Seçicilər məşğulluq, təhsil, kredit, əfv, sahibkarlıq və müxtəlif dövlət qurumları ilə bağlı məsələlərlə millət vəkilinə müraciət ediblər.

Müraciətlərin bəzilərinin həlli ilə bağlı yerindəcə qərar qəbul edən millət vəkili digər məsələlərin icrası istiqamətində də müvafiq addımlar atacağını bildirib.

//Trend

media-ziraat-728x90

Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib-Fotolar

media-hightechnic-468x90

azay_quliyev_040215_01Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib.

Millət vəkili görüşdə iştirak edən Şirvan sakinlərinin müraciət və şikayətlərini dinləyib, üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.

Gənclərin də fəal şəkildə iştirak etdiyi görüşdə A.Quliyev onların irəli sürdükləri təkliflərin reallaşması üçün hər cür dəstək verməyə hazır olduğunu bildirib. Millət vəkili şəhər Gənclər və İdman İdarəsi ilə gənclər təşkilatları arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Sonra A.Quliyevin dəstəyi ilə Şirvan şəhərinin Sahib Zeynalov küçəsində yerləşən yenicə təmir olunmuş mərasim zalında ətraf ərazidəki binalarda yaşayan seçicilərlə görüş keçirilib. Millət vəkili sakinləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavini Şəfahət Əsgərov və şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev də iştirak ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600