“AzDrama”da alovlanan QALMAQAL: “Başında Mehriban Ələkbərzadə dayanır”

media-hightechnic-468x90

 

Akademik Milli Dram Teatrının səhnəarxasında əlbəyaxa dava baş verib. Kənar teatrların aktyor və rejissorlarının “AzDrama”ya dəvət edilməsinə etiraz edən Xalq artisti Əli Nurun döyüldüyü deyilir.

Yenicag.az xəbər verir ki, aktrisa, Əməkdar artist Mehriban Xanlarova bütün bu hadisələrin başında bədii rəhbər Mehriban Ələkbərzadənin dayandığını bildirib.

Aktrisa bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Bu savaşın, bu hücumun arxasında Mehriban Ələkbərzadə dayanır. O, “AzDrama”ya bədii rəhbər təyin olunandan bu yana teatrımızda sakitlik yoxdur. Hər gün bir şikayət, bir qalmaqal. Hər zaman bütün mübahisələrin, söz-söhbətlərin başında onun adı keçir. Aktyor bədii rəhbərin otağından ağlayaraq çıxırsa, bu artıq şəxsi eqonun sənətə zərbə vurmasıdır. Həmin aktyorları sakitləşdirən yenə bizim direktorumuz İlham müəllim olmasa, bu günə qədər teatr tamamilə çökərdi. Vəziyyət getdikcə ağırlaşır. Mehriban Ələkbərzadə fəaliyyətinin nəticəsi olaraq şəhid qızını təhqir edir, şəhid atasını döyülməyə məruz qoyur. Mehriban Ələkbərzadə dərhal vəzifəsindən azad edilməlidir”.

Qeyd edək ki, məlumatı “Qaynarinfo” yayıb.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600