“Azdrama”ya yeni direktor təyin olunub

media-hightechnic-468x90

610x380xfotolarsosial.jpg.pagespeed.ic.eZa2ZUwp_JAzərbaycan Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə yeni təyinat olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Azərpaşa Nemət teatrın bədii rəhbəri və direktoru təyin olunub.

İndiyə qədər Azərpaşa Nemət teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışıb.

Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.

Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilənin müddəti uzadılmayıb.(APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600