Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Azər Axşam xaricdə yaşayan oğlundan danışdı: “Deyirəm, "müsəlman qızı ilə evlən"”

Tanınan teleaparıcı Azər Axşam tədbirlərin birində xaricdə yaşayan oğlu Cavidandan danışıb.

Yenicag.az-a açıqlama verən aparıcı oğlunu evləndirərkən seçiminə müdaxilə etməyəcəyini bildirib:

“Oğlum xaricdə yaşayır. Artıq 21 yaşı var, bu gün-sabah evlənib, ailə-uşaq sahibi olacaq. Onun ya əcnəbi, ya da azərbaycanlı qızla evlənməsinin mənim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, sevib-seçsin və ürəyi istəyən qızla evlənsin. Sadəcə olaraq, həmişə deyirəm ki, “çalış, evlənəcəyin qız müsəlman olsun””.

Aparıcı oğlu ilə oxşar cəhətlərindən də danışıb:

“Mən də onun kimi 20 yaşımdan öz zəhmətim hesabına pul qazanmışam. Oğlum da işgüzarlıqda mənə oxşayıb, tənbəl deyil. Uşaq olanda, onu tez-tez danlayırdım, indi yekə kişidir, nəyin doğru, nəyin yanlış olduğunu gözəl bilir. O, anası ilə birgə yaşayır. Lazım olanda, anası sözünü deyir. Vaxtaşırı onunla “skayp”la danışıram”.

Cəvahir

www.yenicag.az

3375
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100