Azər Həsrətin “İslam türklərin bəlasıdır” fikrinə REAKSİYA: “Bu çox qərəzli yanaşmadır” - VİDEO

media-hightechnic-468x90

Siyasi şərhçi Azər Həsrətin yayımlarının birində səsləndirdiyi “İslam türklərin başına gəlmiş ən böyük bəladır. Türklər İslamdan öncə millət kimi millət idi” ifadələri mediada və cəmiyyətdə geniş etiraza səbəb olub.

media-banner_tkm

İlahiyyatçı Samir Əzizov Yenicag.az-a açıqlamasında Azər Həsrətin bu fikirlərini sərt tənqid edib:

“Fikrimcə, bu, aşkar qərəzli yanaşmadır. Görünən budur ki, həmin şəxsin İslamla bağlı təsəvvürləri olduqca dayazdır. Məhz Quran anlayışına əsasən, İslam dini Adəmdən bəri mövcuddur və bütün peyğəmbərlər İslam peyğəmbəri sayılır. Həzrəti Məhəmməddən (s.a.s) neçə əsr öncə yaşamış İbrahim peyğəmbər (ə.s) barədə Qurani-Kərimdə buyurulur: “İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi” (Ali-İmran, 67).

Deməli, ilk öncə din anlayışını düzgün qavramalıyıq. Allah qatında din birdir, şəriətlər isə fərqlidir. İnsanlar, təəssüf ki, beş şəriəti səhvən ayrı-ayrı dinlər kimi xarakterizə edirlər. Həzrəti İsanın və Musanın fərqli dinləri yox, fərqli şəriətləri var. Şura surəsinin 13-cü ayəsində buyurulur: “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi”.

Əgər belədirsə, o zaman türk xalqlarının son şəriətdən əvvəl üstün məziyyətlərə sahib olmasının da ilahi tərəfi var və bu, heç də İslama zidd deyil. Mən bu məsələlərdə millətlərin özünəməxsus gözəlliklərini istisna etmirəm. Lakin məsələni türk xalqlarının özündən soruşmaq lazımdır. Türklər son şəriəti qəbul etməkləri ilə nəinki ikrah hiss etməyib, əksinə, bununla hər zaman fəxr ediblər. Neçə əsrlik Osmanlı xilafəti buna ən böyük misaldır. Topqapı muzeyində saxlanılan müqəddəs əmanətlər və onlara göstərilən sonsuz sayğı bunun bariz nümunəsidir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05