Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir

media-hightechnic-468x90

Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir.

Yenicag.az məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioriteti COVID-19 pandemiyasından təsirlənən ölkə iqtisadiyyatının bərpası olacaq.

“COVID-19 pandemiyasının təsiri artıq iqtisadiyyatın müxtəlif sahələrində dəyişikliklərə səbəb olduğundan, 2021-ci ildə iqtisadiyyatda informasiya və rabitə texnologiyalarının rolunun artacağını gözləyirik” – A.Hüseynova qeyd edib.

Mütaxəssisin vurğuladığı kimi, Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetləri həm müvafiq dövlət proqramlarında, həm də strateji yol xəritələrində öz əksini tapmışdır. Onun sözlərinə görə, qeyd olunan istiqamətin inkişafı 2021-ci ildə də davam edəcək.

İxtisaslı kadrların hazırlanması mövzusuna toxunan icraçı direktor ölkədə mütəxəssisslərin hazırlanması üçün vaxtaşırı böyük işlərin görüldüyünü söylədi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600