Azərbaycan 3 mərhələdə necə qələbə QAZANDI? – Politoloq bütün detalları AÇIQLADI

media-hightechnic-468x90

“Azərbaycan Prezidenti və Azərbaycan Ordusu yeni geosiyasi reallıqlar formalaşdırdı”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşirli deyib.

media-whatsapp-gorsel-2025-08-09-saat-18-42-26_6716f93d

O, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-də sülhpərvər mövqe nümayiş etdirərək bir daha siyasi qələbə qazanmasının və ölkəmizin nüfuzunun beynəlxalq miqyasda daha da yüksəlməsindən danışıb.

Politoloq bildirib ki, həqiqətən də biz tariximizin ən böyük zəfərlərindən birini qazanaraq torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad etdik.

“Bu zəfərə gedən yol isə bizim üçün çox çətin və keşməkeşli oldu. Torpaqlarımız Ermənistanın işğalı altında olduğu dövrdə bu faktı heç kim dilə gətirmirdi. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman deyirdi ki, biz torpaqlarımızın bir qarışından da imtina etməyəcəyik və nəticəsiz danışıqları sonsuzadək davam etdirməyəcəyik”.

Müsahibimiz əmindir ki, hərbi gücümüz sayəsində 2020-ci ildə Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, biz həm də ərazilərimizin işğaldan azad olunması istiqamətində əməliyyatlara başladıq:

“44 gün ərzində torpaqlarımızı işğalından azad etdik. Bu, dünya tarixində qlobal miqyasda mühüm tarixi hadisə idi. Çünki İkinci Dünya müharibəsindən sonra heç bir ölkə torpaqlarını Azərbaycan kimi sürətli və effektiv şəkildə düşmən işğalından azad etməmişdi. Azərbaycan Prezidenti və Azərbaycan Ordusu yeni geosiyasi reallıqlar formalaşdırdı. Ancaq yenə də ölkəmizə qarşı əsassız siyasi hücumlar səngimədi. Avropada, ABŞ-də qərəzli müzakirələr aparılır, qətnamələr qəbul edilir və ya qəbul edilməsinə cəhdlər olunurdu. Bütün bunlara baxmayaraq, biz öz iradəmizlə, haqlı mövqelərimizi inamla sonadək müdafiə etdik. Nəticədə dünya ictimaiyyəti qəbul etməli oldu ki, Azərbaycanın mövqeyi haqlıdır”.

E. Mirbəşirli onu da söyləyib ki, Azərbaycan Prezidenti informasiya mübarizəsində də qələbə qazandı:

“Ölkə başçısı dünya ictimaiyyətinin diqqətinə ciddi şəkildə əsaslandırılmış arqumentlər təqdim edərək, haqlı mövqeyimizi hər kəsə çatdırdı. Azərbaycanın zəfərini üç mərhələdə dəyərləndirmək olar: birincisi, 2020-ci il Vətən müharibəsinə qədər beynəlxalq platformalarda siyasi-diplomatik müstəvidə uğur qazandıq. Biz beynəlxalq ictimaiyyətə qəbul etdirməyi bacardıq ki, Ermənistan-Azərbaycan münaqişəsinin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bu isə Vətən müharibəsindəki böyük qələbəmizin siyasi-diplomatik komponentini təşkil edirdi. İkincisi, hərbi meydanda böyük tarixi zəfər qazandıq, torpaqlarımızı işğaldan azad etdik. Üçüncüsü, 2023-cü ildə qlobal təhlükəsizlik üçün unikal təcrübə təqdim etdik və ərazimizdə separatizmin kökünü kəsdik. Hazırda dünyada təxminən 50 separatizm ocağı mövcuddur və bunlar təkcə mövcud olduqları region üçün deyil, qlobal səviyyədə təhlükəsizlik üçün ciddi təhdid yaradır. Lakin Azərbaycan 2023-cü ilin sentyabrında qısa müddətli antiterror tədbirləri həyata keçirməklə nümayiş etdirdi ki, separatizmə qarşı effektiv mübarizə aparmaq və onun kökünü birdəfəlik kəsmək mümkündür. Bu, təcrübə qlobal təhlükəsizliyin təmin olunması baxımından nadir bir hadisədir”.

O, əlavə edib ki, bunun ardınca, yəni hərbi meydandakı tarixi qələbəmizdən sonra biz yenə də siyasi-diplomatik və informasiya müstəvisində özümüzü əsas sülhyaradıcı qüvvə kimi təqdim etdik:

“Sülh gündəliyini inamla irəli apardıq. Bunun ən uğurlu nəticəsi Vaşinqtonda imzalanan birgə bəyanat oldu. Bu isə o deməkdir ki, Azərbaycanın irəli sürdüyü şərtlər əsasında regionda sülh əldə olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tarixi zəfəri, siyasi-diplomatik qələbəni qazandı. Biz hər zaman regionda etibarlı sülhün təmin olunmasının tərəfdarı olmuşuq və bu istiqamətdə iradə nümayiş etdirmişik. Regional təhlükəsizlik sisteminin qurulması istiqamətində həmişə təsirli addımlar atmağa hazır olduğumuzu göstərmişik. Bundan sonrakı mərhələdə, yəni sülh müqaviləsinin paraflanması və sülhün tam əldə olunması istiqamətində atılacaq addımlar nəticədə etibarlı sülhü təmin edəcək. Sülhün bütün şərtlərini Azərbaycan artıq təmin edib. Bu isə birmənalı olaraq dövlətimizin, ordumuzun və Prezidentimizin zəfəridir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa