Azərbaycan aprel döyüşlərini BU ŞƏRTLƏ dayandırıb - AÇIQLAMA
Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov 2016-ci ilin aprel döyüşləri ilə bağlı bəzi təfərrüatları açıqlayıb.
Yenicag.az xəbər verir ki, sabiq XİN rəhbəri İTV-nin efirində yayımlanan “Təmas xətti” layihəsində qonaq olarkən sözügedən məsələ haqda danışıb.
O bildirib ki, həmin dövrdə ABŞ, Fransa kimi ölkələrdən Azərbaycana böyük təzyiqlər göstərilib:
“Həmin vaxt həmkarlarım mənə zəng edərək qeyd edirdilər ki, döyüşləri dayandırın və azad etdiyiniz torpaqlardan geri çəkilin.
Azərbaycan göstərdi ki, vəziyyət nəzarətimiz altındadır və Ermənistanda gec-tez anlamalıdırlar ki, müharibə olacaq. Biz də aprel döyüşlərini o şərtlə dayandırdıq ki, rəsmi İrəvan konstruktiv danışıqlara qayıtmalıdır. Aprel döyüşlərində sonra ilk görüş Moskvada baş tutdu. Azərbaycan lideri mövqeyimizi qarşı tərəfə çatdırdı. Serj Sarkisyan özünü elə aparırdı ki, sanki nəsə olmayıb. O düşünürdü ki, nə olsun bəzi yerlər Azərbycanın nəzarətinə keçib, əksər torpaqlar onsuz da bizdədir”.
Məlik Məlikov












