Azərbaycan avarçəkəni dünya ikincisi oldu

media-hightechnic-468x90

Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, finalda 17 idmançı ilə mübarizə aparan avarçəkəni dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05,86 saniyəyə finiş xəttinə çatan Dimçenko fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Birinci yeri Fransa, 3-cü yeri isə İsveç təmsilçisi tutub.

Qeyd edək ki, Diana Dimçenko 2018 və 2019-cu illərdə dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa