Azərbaycan Beynəlxalq Konfrans sürprizlə yekunlaşdı-Foto,Video
12-14 may tarixlərində Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Addım” gənclər təşkilatının birgə təşkilatçılığı ilə “MDB üzv dövlətlərində sağlam həyat tərzinin təbliği üzrə innovativ texnologiyalar” adlı beynəlxalq konfrans baş tutdu.
Konfrans Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Bağırova tərəfindən idarə olundu. Sessiyalar isə İctimai Səhiyyə və İslahatlar mərkəzinin şöbə müdiri Sabina Babayeva, Aynur Rəşidova Tofiq Musayev, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin həkim ginekologu Leyla Məmmədova, ADDIM Gənclər Təşkilatının direktoru Hüseyn Cavadzadə tərəfindən aparıldı. Sessiyalar “Gənclər arasında sağlam həyat tərzinin və təhlükəsiz həyat davranışının təbliğ edilməsi”, “Gənclərin fiziki aktivliyinin artırılmasına yönəlmiş xidmətlərin və innovativ yanaşmaların tətbiqi”, “Yaradıcılıq və idman fəaliyyətləri vasitəsilə gənclərin sağlamlığının qorunması” mövzularını əhatə edirdi.
Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın nümayədələri konfrans müddətində aktiv iştirak etdilər, öz ölkələrinin dövlət və qeyri hökümət təşkilatları səviyyəsində həyata keçirdikləri layihələrdən danışdılar, sağlam həyat tərzinin təbliği ilə bağlı təcrübələrini paylaşdılar.
Konfransın son günündə – 14 May tarixində Hüseyn Cavadzadə ADDIM təşkilatının fəaliyyətindən və təşkilatın Sağlam həyat tərzinin təbliği üçün reallaşdırdığı “No smoking” film festivalı layihəsindən, Sağlam Həyat yaradıcılıq sərgisindən, Bax,Doyunca Bax! aksiyasından və digər layihələrdən danışdı.
Konfransda iştirak edən bütün iştirakçılar sertifikatlarla təltif olundular.
ADDIM təşkilatının könüllüləri xarici qonaqları tarixi Şirvanşahlar sarayına və Atəşgah məbədinə ekskursiyaya aparmış , Şəhidlər xiyabanını ziyarət etmiş, tarximiz və mədniyyətimiz haqqında ətraflı məlumat vermişlər.
Konfrans daxilində qonaqlar üçün nəzərdə tutulan digər mədəni proqramlar isə Eurovisionda Azərbaycanı təmsil edən Dilarə Kazımova ilə birgə film nümayişinə dəvət olunmalarıdır. Beləki ADDIM təşkilatı “Cinemaya ADDIMla” layihəsi çərçivəsində bütün konfrans iştirakçılarını “Dəlisov Maks” filmi primyeradan öncə izləmək imkanı yaratdı.
Filmdən öncə isə iştirakçılara sürpriz olaraq konfrans müddətində hazırlanan video çarx nümayiş olundu.