!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan böyük hadisələrə hazırlaşır – Bu üç ölkədə nələr olacaq?

!Reklam – Yazi

Azərbaycan ətrafında olan bütün dövlətlər ciddi sistem dəyişikləri ərəfəsindədir. Hazırda Türkiyədə post-Ərdoğan, İranda post-Xamneyi, Rusiyada isə ən azı yaxın 10 ildə post-Putin dövrünə hazırlıq gedir.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.

Kanal yazır ki, bu sistem daxili rəqabəti artıracaq, hətta güc qrupları arasında mübarizəyə səbəb ola bilər.

“Böyük ehtimal, məhz buna görə Putin hələ də mümkün varisinin adını açıqlamır. Bu, ən azı elitalar arasında rəqabəti önləmək və liderlik üçün sağlam rəqabəti təmin etmək məqsədilə edilir. Rusiyada mümkün dəyişiklik Putin və Yeltsin arasında olduğu kimi, yaxın gələcəkdə edilə bilər. Buna qədər isə ordu, təhlükəsizlik elitası və biznes elitasını məmnun edəcək bir ortaq fiqur tapılmalıdır.

Türkiyəyə gəldikdə, orada da post-Ərdoğan dövrünə həm iqtidar, həm də müxalifət cəbhəsində hazırlıq gedir. İranda isə Ayətullah Xamneyi son missiyasını yerinə yetirib, çətin də olsa, dinc keçidi təmin etməlidir.

Şübhəsiz ki, bu dövlətlərdə gedən dəyişikliklər Azərbaycanla münasibətlərə də təsir edəcək. Çünki dövlətlərarası münasibətlərdən əlavə, bu dövlətlər ilə olan münasibətlərdə, liderlərarası münasibətlər və onların arasında olan dostluq əlaqələri xüsusi rol oynayıb. Buna görə də Azərbaycan bu üç ölkədə gedən dəyişiklikləri diqqətlə izləyir”, – deyə məlumatda bildirilir.

Rafi Müslümov

COP29

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv