!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan buna görə Ermənistana 134 min avro ödədi

!Reklam – Yazi

2024-cü il yanvarın 1-dən oktyabrın 21-dək Azərbaycan aviaşirkətləri Ermənistan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilən uçuşlar üçün “Armaeronavigation” şirkətinə 133 760 avro ödəyib.

Yenicag.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin açıqlamasında bildirilib.

Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən mayın 31-dək olan müddətdə ödəniş məbləği təxminən 50 min avro, bütün 2023-cü il üçün isə 90 min avro civarında olub.

Bütün bu ödənişlər müəyyən olunmuş qaydada “Avrokontrol”un (Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.

“Armaeronavigation” QSC Ermənistanın hava məkanında uçuşlar üçün aeronaviqasiya xidmətləri göstərir.

COP29

www.yenicag.az

77
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv