Martın 2-3-də Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar, həmçinin ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçirilib.
Yeniçağ.az xəbər veirr ki, yarışda ölkənin regionlarından gələn 150-yə yaxın atlet medallar uğrundan mübarizə aparıb. Qadınlar və ustadlar Sinkleyr cədvəli ilə mütləq, kişilər isə 8 çəki dərəcəsində klassik qaydada qalibləri müəyyən ediblər.
İdmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanması məqsədilə təşkil olunan çempionat maraqlı mübarizə şəraitində keçib, gözlənilən nəticələr əldə edilib.
Aşağıda bütün qaliblərin siyahsı ilə tanış ola bilərsiniz:
Qadınlar
1. Elnarə Abbasova, 2. Səbinə Əzimova, 3. Firuzə İbrahimova.
Kişilər
56 kq
1. Ruslan Rzazadə, 2. Emin Mirzəyev, 3. Rüstəm Qasımov.
62 kq
1. Allahyar Abışov, 2. Rauf Nəbiyev, 3. Elmar Alıyev.
69 kq
1. İsa Rüstəmov, 2. Sənan Quliyev, 3. Məhəmməd Məmmədli.
77 kq
1. Əfqan Bayramov, 2. Kənan Əliquliyev, 3. Orxan Zeynalov.
85 kq
1. Ceyhun Tağızadə, 2. Kamran İsmayılov, 3. Sənan Mirzəyev.
94 kq
1. Nailxan Nəbiyev, 2. Rövşən Fətullayev, 3. Hüseyn İsmayılov.
105 kq
1. Əziz Nurməmmədov, 2. Xəlil Gəraylı, 3. Ümidvar Bayramlı.
+105 kq
1. Azər Məmmədli, 2. Rolan Piriyev, 3. Vasif Səfərov.
Ustadlar (veteranlar)
1. Vladimir Jilyayev, 2. Namiq Cəmilov, 3. Akif Alıyev.
Yeniçağ.Az
www.yenicag.az