!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan çempionu daha bir legioner gətirdi

!Reklam – Yazi

“Araz-Naxçıvan” futzal klubu daha bir özbəkistanlı oyunçunu heyətinə qatıb.

Klubun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, müdafiəçi Dilşod Rahmatov ölkə çempionu ilə anlaşıb.

Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” Özbəkistan millisinin üzvünü “Jizzax-Kenteks”dən icarəyə götürüb. 34 yaşlı Dilşod Rahmatov Çempionlar Liqasının oyunlarında Vitali Borisovun rəhbərlik etdiyi Azərbaycan çempionuna kömək edəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsində Özbəkistan yığmasının hücumçusu Husniddin Nişonovu da icarəyə götürüb. Həmçinin braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı qapıçı Luka Pavloviç heyətə qoşulub.

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv