Azərbaycan “CNN Türk”-ün gözündə-Video
Yanan dağlar-daşlar… Alovlu sular… Qaynayan palçıq vulkanları… Bərəkətli torpaqların atəşli diyarı… Şəhidlərə keşik çəkən əbədi məşəl… Çırağban, gözləri qamaşdıran axşamlar… Gecələri par-par parlayan ulduz bir şəhər… Tarixin izləri, insanlığın ən qədim qayaüstü rəsmləri… Daha nələr və nələr… “Land of Fire” –Odlar Diyarı Azərbaycan!
Bu tanıtmalar “CNN Türk” kanalının əməkdaşı Bünyamin Sürməlinin “Bünyamin Sürməli Cənubi Qafqazda” verilişinin “Azərbaycan – Badu Kubə” adlı buraxılışındandır. Artıq anlaşıldığı kimi, Türkiyədə fəaliyyət göstərən “CNN Türk” telekanalı Azərbaycanda olub, Bakı və ölkəmizin digər görməli –tarixi, coğrafi və sənaye əhəmiyyətli bölgələrindən geniş reportajlar hazırlayıb.
Verilişi təqdim edirik:
(a24.az).