“Azərbaycan Dəmir Yolları” fasiləsiz iş rejiminə keçəcək

media-hightechnic-468x90

1366626710_1334389247_demiryoluNovruz bayramı günlərində – 20-28 mart tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

N. Əzməmmədov bildirib ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.

Eyni zamanda bayramı günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.

Sərnişin daşımaları departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600